RU

Anar Quliyev: "Altı yüzdən çox mənzillə bağlı problem həll olunub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıda və başqa regionlarda qəzalı binalarla bağlı əhalinin müraciətləri əsasında əvvəlki dövrlərdə bu binaların müayinəsi aparılıb və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi ilə bir neçə yüz ünvan müəyyənləşdirilib və bununla bağlı Nazirlər Kabinetinin bizim komitəyə tapşırığı var".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, hazırda iki yüzdən çox belə ünvan, yeddi mindən çox mənzil təhlil olunur:
"Son dövrdə təxminən onların yarısı artıq mentalizasiya olunub və bir neçəsi ilə bağlı işlər artıq təşkil olunub. İşlər dedikdə burada həm özəl sahibkarların, tikinti şirkətlərinin investor qismində cəlb olunması, həm də dövlət vəsaiti hesabına o qəzalığın aradan qaldırılması nəzərdə tutulur. Hazırda təxminən 1000 mənzillə bağlı iş aparılır, özəl qiymətləndiricilər dəvət olunub, tezliklə ardıcıl olaraq bunlar həll olunacaq. Artıq altı yüzdən çox mənzillə bağlı problemi həll olunub. Bu gün də bu iş davam edir".
Aygün Mirakif
Избранный
20
50
oxu.az

10Источники