RU

Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq » AzadMedia.az


Əgər ABŞ Ukraynaya maliyyələşdirməni azaldarsa, Avropa İttifaqı (Aİ) Kiyevə yardımı artırmalı olacaq.

Bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “The Guardian” qəzetinə bildirib.

"Əgər ABŞ yardımı azaldarsa, biz Ukraynaya dəstəyi davam etdirməliyik", - o qeyd edib.

K.Kallas vurğulayıb ki, maliyyə dəstəyi xeyriyyəçilik deyil.

Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivləri Ukraynaya yardım göstərmək üçün istifadə edilməlidir: “Çünki Ukrayna tərəfinin Rusiya aktivlərindən kompensasiya və istifadə etmək üçün qanuni hüququ var. Bundan əlavə, bu, Rusiyaya təzyiq vasitəsidir”.

Avropa Komissiyasının qiymətləndirmələrinə görə, Avropa ölkələrində 200 milyard avrodan çox Rusiya aktivləri dondurulub, bunun 176 milyardı “Euroclear” depozitarının hesablarında saxlanılır.
Избранный
1
4
azadmedia.az

5Источники