RU

İstedadlı olduğunuzu sübut edən  8 davranış - Mütəxəssislər açıqladı

İstedadlı

İstedadlı insanlar adətən cəmiyyətdə dərhal nəzərə çarpır. Davranışları ilə diqqət çəkən bu insanlar mürəkkəb problemləri qısa zamanda təhlil edir və yaradıcı həllər tapırlar. Ancaq istedadlı insanlar bəzən hamıdan daha qəribə davrana bilərlər. Psixoloqlar istedadlı insanların ən qəribə davranışlarını izah ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislərin izahına görə, istedadlı insanların nümayiş etdirdiyi qəribə davranışları təqdim edir:

Sosial münasibətlərdə çətinlik: İstedadlı insanlar digər insanlardan fərqli düşüncələrə və maraqlara sahib ola bilərlər, bu da onların ətraf mühitə uyğunlaşmasını çətinləşdirir və bəzən yalnız hiss etmələrinə səbəb ola bilər.

Obsessiv maraqlar: Bu şəxslər müəyyən mövzulara çox dərindən maraq göstərir, məsələn, kosmos, tarix və ya ekzotik heyvanlar, və bu mövzularla bağlı ətrafdakılarla çox danışmaq istəyə bilərlər.

Zamansız fikirlərə dalmaq: İstedadlı insanlar bəzən düşüncələrə dalaraq, danışarkən birdən susar və ya fikirlərinə qapılarlar. Bu, başqalarına "başqa dünyada yaşayır" təsiri bağışlaya bilər.

Çox arzu qurmaq: Xəyal qurmaq bir çoxları üçün diqqətsizlik kimi görünə bilər, amma bu, insanın intellektual və yaradıcı potensialının göstəricisi ola bilər.

Sonu olmayan suallar: İstedadlı insanlar daim ətrafdakı dünyanı öyrənməyə və anlamağa çalışır, buna görə də çoxsaylı suallar verirlər. Bu, onların yüksək zəka və maraq səviyyələrini göstərir.

Öz-özünə danışmaq: Öz-özünə danışmaq, zehni qabiliyyətləri artıran və yaddaşı gücləndirən bir davranışdır. Araşdırmalar göstərir ki, öz-özünə danışmaq yaddaşın daha effektiv işləməsinə kömək edir.

Dağınıq mühitdə işləmək: Bəzi istedadlı insanlar dağınıq və nizamsız mühitlərdə daha yaradıcı olurlar. Tədqiqatlar göstərir ki, qarışıq mühitlər yeni və qeyri-adi fikirlərin yaranmasına şərait yaradır.

Daxili dünyasında qalmaq: Bir çox dahilər, dərin düşüncə və yaradıcı proseslər üçün təcrid olunmuş mühitdə işləməyi üstün tuturlar. Bu, onların diqqətini cəmləşdirməyə və intellektual inkişafı dəstəkləməyə kömək edir.

Könül Oruc

E-saglam.az

Избранный
19
e-saglam.az

1Источники