Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Monako"nu 3:0 hesabı lə məğlub edən "Asenal"ın hücumçusu Bukayo Saka Londonda baş tutan görüşdə het-trik etməyə yaxın olmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:
"Bu dəfə Kay mane oldu. Narahatlığa əsas yoxdur, het-trik də yaxınlaşır. O, artıq yoldadır, gəlir (gülür)".
Xatırladaq ki, Saka 88-ci dəqiqədə Fransa təmsilçisinin qapısından 3-cü topu keçirmək üzrə olsa da, top onun komanda yoldaşı Kay Havertsin dizinə dəyərək qapıdan keçib.
Nihat