RU

«Kapital Bank» pulu nəyə xərcləyir? – XƏRC MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

“Kapital Bank”ın 2024-cü ilin üçüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :

«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

“Kapital Bank” ölkənin bank sistemində gəlirlərin payında olduğu kimi xərclərində payının ən çox olduğu bankdır. Bankın ümumi xərcləri 728 milyon 365 min manat təşkil edir.

Beləki hesabat dövrünün üçüncü rübündə bankın xərclərinin ən böyük hissəsi 41%-i digər qeyri-faiz xərclərindən formalaşıb – 299 milyon 368 min manat.

Əmək haqqı xərcləri isə ümumi xərclərin 25%-i qədər 184 milyon 164 min manat təşkil edib.

Bank inizbati xərclərə 54 milyon 964 min manat pul xərcləyib, başqa sözlə ümumi xərclərin 8%-i qədər.

Daha 31 milyon 239 min manat xərc isə amortizasiya xərcləri üzrə yaranıb və ümumi xərclərin 4%-i həcmində olub.

Depozitlər üzrə faiz xərcləri bankın ümumi xərclərinin 16%-lik hissəsi qədər olub -  114 milyon 642 min manat.

Digər mənbələrdən olan xərclər az faiz təşkil edir - cəlb olunmuş kreditlərə görə ödənilən faiz xərcləri  3% - 24 milyon 792 min manat, digər-faiz xərcləri 3% - 19 milyon 196 min manat.

Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:

Min manat

Xərc mənbələri

Məbləğ

Ümumi xərclərdə payı

Faiz xərcləri

Depozitlər üzrə faizlər

114 642

16%

AMB kredit xərci

 

 

Kredit faizləri

24 792

3%

QK- faiz xərci

 

 

Digər faiz xərcləri

19 196

3%

Qeyri -faiz xərcləri

İnzibati xərclər

54 964

8%

Əmək haqqı xərcləri

184 164

25%

Amortizasiya xərcləri

31 239

4%

Digər qeyri faiz xərcləri

299 368

41%

Cəmi :

728 365

100%

 

Избранный
5
2
fed.az

7Источники