RU

AzMiU müəllimlərinin yazdığı kitab Türkiyə Universitetlərində tədris vasitəsi kimi istifadə olunacaq

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesiniqtisadiyyatı və menecment kafedrasının əməkdaşları – professorMəhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla ƏlizadəTürkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kul ilə birgə“Yönetim Biliminin Əsasları” adlı dərslik hazırlayıb.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, 450 səhifədən ibarət olan bu dərslik İzmir EğitimYayınevi tərəfindən nəşr edilib.

Dərslik, nəzəri biliklərlə yanaşı, idarəetmə sahəsində müasiryanaşma və praktik nümunələri də əhatə edir. Burada, xüsusiləidarəetmədə qərarvermə prosesləri, strateji planlaşdırma, liderlikvə təşkilat davranışları kimi mövzular geniş şəkildəişıqlandırılıb. Kitabın sadə və anlaşılan dildə yazılması,tələbələrin bu mürəkkəb sahəni rahatlıqla mənimsəməsini təminedir.

Bu nəşr həm də Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığınuğurlu nümunəsi olaraq iki ölkə arasında akademik əlaqələrinmöhkəmlənməsinə töhfə verir. Dərslik təkcə tələbələr üçün deyil həmdə idarəetmə sahəsində çalışan mütəxəssislər üçün dəyərli bir mənbəkimi qiymətləndirilir.

Избранный
14
2
az.trend.az

4Источники