Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Qərbin Gürcüstandakı vəziyyətlə bağlı hərəkətləri zəif olub.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə ABŞ-nin CBN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstanda bütün hakimiyyət Moskva ilə birbaşa bağlılığı olan biznesin əlindədir.
“Onlar bu gün tam olaraq Rusiyanın nəzarəti altındadır. Hesab edirəm ki, ABŞ və Avropa güclü olmadılar, Rusiyaya yerini göstərmədilər... ABŞ və Avropa dövlətləri hansı ciddi tədbirlər görüb? Mən görmürəm”, - V.Zelenski deyib.
Müəllif: Cəmilə Babayeva