Həmada müxaliflərə işgəncə verərək onları bəslədiyi şirlərə yedizdirən Talal-El Dakkak yaxalanıb. Onun daha bir əməlinin görüntüləri üzə çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, Əsəd rejiminin ən qorxlu adamı kimi tanınan Talal Əl-Dakkakın atı diri-diri aslanların qəfəsinə atdığı anın görüntüləri ortaya çıxıb.
O, dəhşətli əməlləri ilə tanınıb. Belə ki, öldürdüyü müxalifləri yetişdirdiyi aslanlara yedizdirib. Həmada tutulan Talal-El Dakkak “Suriyanın ən qorxulu adamı” kimi tanınırdı. Məlumatlara görə, Dakkakın edam ediləcəyi bildirilib .
Paylaşılan son görüntüdə Telal-El Dakkak atı diri-diri aslanların qəfəsinə atdığı görünür. At bir müddət şirlərə qarşı mübarizə aparıb və sonra köməksiz halda təslim olub.