Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona Yeni il ərəfəsində Milad atəşkəsi elan etmək və böyük həcmdə əsir mübadiləsini həyata keçirməyi təklif edib.
APA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Macarıstan səfirliyi vasitəsilə Ukraynaya mübadilə ilə bağlı təkliflərini göndərib.
“Kiyevin reaksiyasına əsasən Ukrayna təklifi rədd edib”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
O əlavə edib ki, Ukraynada sülhün əldə edilməsi ilə bağlı məsləhətləşmələr davam edəcək və Moskva Orbanın təşəbbüsünü dəstəkləyib.
Qeyd edək ki, ötən gün Macarıstan Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı baş tutub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта