Belarus prezidenti Aleksandr Lukaşenko Baş Qərargah rəisi Pavel Muraveykoya “Oreşnik” raket sisteminin ölkədə yerləşdirilməsini təmin etməyi və onun istifadəsini planlaşdırmağı tapşırıb.
Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Muraveyko Belarus Təhlükəsizlik Şurasının iclasından sonra deyib:
"Yalnız bir göstəriş var: ərazimizdə "Oreşnik"in yerləşdirilməsini təmin etmək və ondan istifadəni səriştəli planlaşdırmaq".
Belarusa dəqiq neçə belə kompleksin təhvil verilməsinin nəzərdə tutulduğunu soruşduqda o, belə cavab verib: “Bunu yalnız Rusiya prezidenti bilir”.
Belarus və Rusiya prezidentləri 2025-ci ildə Belarus ərazisinə Oreshnik və digər ən yeni rus silahlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.
Telegram kanalımız