RU

Enerji ucuzlaşa bilər: “Nazirlər Kabinetində araşdırmalar aparılır”

“Azərbaycanda hazırda hər bir vətəndaş, hüquqi və ya fiziki şəxs, 100 kilovata qədər gücündə bərpa olunan elektrik enerjisi (günəş enerjisi - red.) sistemini qura bilər”. 

Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib. O qeyd edib ki, bu, kifayət qədər böyük rəqəmdir:

“Məsələn, ortalama bir ailəyə lazım olacaq günəş panellərinin tutumu 4-5 kilovatdır". 

Onun sözlərinə görə, bu cür sistemlərdən istifadə edən vətəndaşlar artıq enerji istehsalı olduqda, onu ümumi enerii sisteminə sata, əskik istehsal olduğu halda isə, onu ala bilir:

"Bu, artıq gerçəklikdir və bunu Azərbaycanda həyata keçirən bir çox uğurlu layihələr var". 

Elnur Soltanov onu da əlavə edib ki, günəş panellərinin qiyməti sürətlə düşüb, son 10 ildə onların qiyməti 90%-ə qədər azalıb:

"Belə trendlə gedərsə, mənə elə gəlir ki, sərfəli olacaq. Xüsusilə, ucqar ərazilərdə, harada elektrik enerjisi təminatı ilə bağlı müəyyən problemlər olur, bu cür layihələrin uğurunu biz görəcəyik". 

Bunun tətbiqi üçün ölkədə hazırda qanunvericilik varmı və proses necə həyata keçiriləcək? 

İqtisadçı təhlilçi Eyyub Kərimli “Cebheinfo.az”-a bildirib ki, belə bir təşəbbüs var:

“Bununla bağlı qanunvericilik artıq Nazirlər Kabinetində müvafiq araşdırmalar aparılır. 

Sözsüz ki, bu qanunvericilik tətbiq ediləndən sonra təsərrüfatlarda və ya fərdi istifadədə olan elektrik enerjisi geniş şəbəkəyə satılacaq. Bu, həm yerlərdə, həm ev təsərrüfatlarının daha ucuz enerji əldə etmələrinə imkan verəcək, digər tərəfdən qənaətə sövq edəcək. Qənaət ediləcək enerji geri şəbəkəyə satılacaq. Hesab edirəm ki, bu, gələcəkdə biznes infrastrukturunun da inkişafına təsir göstərəcək”.

Həmöhbətimiz bildirib ki, bu layihə enerjinin ucuzlaşmasına gətirib çıxara bilər: 

“Bu da maya dəyərinin və qiymətin ucuzlaşmasına səbəb olar”. 

Избранный
38
37
cebheinfo.az

10Источники