RU

Azərbaycanda son 7 ildə plastik cərrah olanlarınreal sayı


Son dövrlər Azərbaycanda saxta plastik cərrahlar gündəmin ən çox müzakirə edilən məsələlərindən biridir. Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılıb.

Məsələyə hüquq-mühafizə orqanları da qarışıb. Faktlarla bağlı dövlət qurumları tərəfindən araşdırma aparılır.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin əvvəlində Azərbaycanda 3498 cərrah olub. Onların neçəsinin plastik cərrah olduğu məlum deyil. Bununla bağlı statistika aparılmayıb.

Bakupost.az xəbər verir ki, ancaq son illər estetik cərrahiyyəyə olan tələbatın artması fonunda plastik cərrahların da sayında artım müşahidə edilir.


Estetik cərrahiyəyə olan tələbatın artması bu sahədə təhsilə də marağı artırıb. 2017-cü ildən rezidentura səviyyəsində tədris olunan ixtisasların təsnifatına plastik cərrahiyyə də əlavə edilib. Nazirlər Kabinetinin bu ilin dekabr ayında təsdiqlədiyi yeni təsinfatda isə ixtisasın adı dəyişdirilərək "plastik, rekonstruktiv və estetik cərrahiyyə" qoyulub. Plastik cərrahiyyə üçün sahib olmaq istəyən rezidentlər 5 il təhsil almalıdırlar.

Məlumata görə, 2017-ci ildən bu yana Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə cəmi 3 nəfər məzun olub.

Məlumata görə, hazırda bu ixtisas üzrə 7 nəfər təhsilini davam etdirir.
Xaricdə tibb təhsili alan həkimlərin neçəsinin plastik cərrahiyyə üzrə ixtisaslaşdığı məlum deyil.


Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda tibb işçiləri praktiki tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya imtahanına cəlb olunmalıdırlar. Tibb işçiləri sertifikasiya şəhadətnaməsi əldə etdikdən sonra respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.

MEDİCİNA.AZ

Избранный
10
15
medicina.az

10Источники