Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar Yasamal rayonunda silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 11-də YAP Yasamal rayon təşkilatında baş tutan anım tədbirində Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən söhbət açılıb və sənədli filmə baxış olub.
Dekabrın 12-i isə Yasamal Rayon İcra Hakimiyyətində və Yasamal rayon Heydər Əliyev mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə RİH-in aparat əməkdaşları ulu öndər Heydər Əliyevin inzibati binadakı büstü önünə gül dəstələri qoyaraq, ümummilli lideri dərin ehtiramla anıblar.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Burada Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsi yad ediblər.