Bakı, 12 dekabr, AZƏRTAC
Bələdiyyə seçkilərinə hazırlıq Təqvim Planına uyğun olaraq həyata keçirilir. Artıq yerlərdə namizədlər irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində indiyədək 3 minə yaxın şəxsin namizədliyi irəli sürülüb və onların qeydə alınması mərhələsi gedir.