RU

Hakan Fidan Cənubi Kiprin silahlanmasına qarşı çıxdı

“Cənubi Kiprin silahlanması adada yeni silahlanma yarışına səbəb ola bilər".

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan  parlamentin iclasında səsləndirib. 

Xarici işlər naziri bildirib ki, Türkiyə hər zaman Şimali Kiprin yanındadır və onun suveren hüquqlarını dəstəkləməkdə davam edəcək və BMT başda olmaqla, bütün platformalarda səsini duyuracaq. 

Yunanıstanla münasibətlərdə müsbət irəliləyişlərin olduğunu da qeyd edən Hakan Fidan deyib:

“Qərbi Trakya türk azlığının və 12 adada yaşayan soydaşlarımızın hüquqlarını qorumaq üçün təşəbbüslərimizi davam etdiririk. Digər tərəfdən də haqlarımızı qətiyyətlə qoruyuruq”.

"Cebheinfo.az"

Избранный
0
1
cebheinfo.az

2Источники