RU

Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın sınaqları davam edir

Bakı, TurkicWorld

TAI (Türk Aviasiya və Kosmos Sənayesi) tərəfindən hazırlanan Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın sınaqları uğurla davam edir.

TurkicWorld xəbər verir ki, şirkət KAAN-ın aviasiyada "afterburner" kimi tanınan yanma qurğusunu işə saldığı anların görüntülərini yayımlayıb.

Milli Döyüş Təyyarəsi KAAN-ın üçüncü sınaq uçuşları ardıcıl olaraq uğurla həyata keçirilir. Təyyarənin bu sınaqlar zamanı afterburner texnologiyasını aktivləşdirməsi diqqət çəkib.

TAI paylaşdığı videoya "Bu videoda yüksək səslər ola bilər" qeydi əlavə edib və təyyarənin inkişaf mərhələlərini göstərən görüntüləri izləyicilərlə bölüşüb.

Qeyd edək ki, KAAN ilk uçuşunu 21 fevral 2024-cü ildə uğurla tamamlayıb. İkinci sınaq uçuşu isə 6 may 2024-cü ildə həyata keçirilib. Bu uçuş zamanı KAAN havada 14 dəqiqə qalaraq, 10 min fut hündürlüyə yüksəlib və 230 knot (təxminən 426 km/saat) sürətə çatmağı bacarıb.

Избранный
12
50
turkic.world

10Источники