RU

“Unibank” 15 mln. dollarlıq istiqraz buraxır

"Unibank KB" hər birinin nominal dəyəri 1000 (bir min) ABŞ dolları olan 15 000 (on beş min) ədəd, faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlar buraxır.

FED.az bunu bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verilir.

Bu da ümumi istiqrazların 15 milyon dollar dəyərində olması (təxminən 25,5 milyon manat) olması deməkdir.

İstiqrazlar Bakı Fond Birjasında tam yerləşdirildikdən sonra ümumi həcm 15 milyon dollar təşkil edəcək.

İstiqrazın illik gəlirlik dərəcəsi 8 faizdir, tədavül müddəti 6 ildir.

"Unibank Kommersiya Bankı" ASC-nin yeni buraxılacaq istiqrazların anderraytinqi və yerləşdirilməsi "Unicapital Investisiya Şirkəti" ASC tərəfindən həyata keçiriləcək.

Избранный
24
fed.az

1Источники