RU

Ağdam avtovağzalı və dəmiryol vağzalı gələn il istifadəyə veriləcək

2025-ci ilin avqustuna qədər Ağdam dəmiryol vağzalı və avtovağzaı kompleksi istifadəyə veriləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov bildirib.
 
"Hazırda Ağdam avtovağzal və dəmiryol vağzalı kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqustuna qədər kompleksin tamamlanması gözlənilir", - o bildirib. 
 
Hazırda Ağdamda 66 binanın tikintisinə başlanılıb.

Ümumilikdə Ağdamda 11 kəndin təməli qoyulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 


Gülnar Nazimqızı
 


www.anews.az
Избранный
9
anews.az

1Источники