RU

Avstraliyada yeni qanun: Azyaşlı uşaqlar ağır cinayətlərə görə…

Avstraliyanın Kvinslend ştatında qəbul edilən yeni qanunlarla 10 yaşlı uşaqlar ağır cinayətlərə görə böyüklər ilə eyni cəzaya məhkum edilə bilər. 

"Cebheinfo.az" xəbər verir ki, ekspertlərın sözlərinə görə, daha sərt cəzalar cinayətləri azaltmır, əksinə, faktiki olaraq artıra bilər.

Birləşmiş Millətlər Təşkilatı bu islahatların uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalara zidd olduğunu və insan hüquqlarını pozduğunu bəyan edib.

Bununla belə, Avstraliya Statistika Bürosunun məlumatları göstərir ki, Kvinslenddə gənclər arasında cinayət nisbəti son 14 ildə iki dəfə azalıb, 2022-ci ildə tarixdə ən aşağı səviyyəyə çatıb və bu səviyyədə sabit qalıb.

Kvinslend Polis Xidməti və Avstraliya Kriminologiya İnstitutunun məlumatları da oxşar eniş tendensiyasına işarə edir.

Qanunda qətl də daxil olmaqla, 13 cinayətə görə daha sərt cəzalar nəzərdə tutulur. Gənc cinayətkarlar qətl törətməkdə təqsirli bilinərsə, 20 il şərti azadlığa buraxılmamaqla ömürlük həbs cəzasına məhkum edilə bilər.

Əvvəllər gənc cinayətkarlar üçün adam öldürməyə görə cəza 10 il həbslə məhdudlaşırdı, ömürlük həbs yalnız “xüsusilə ağır” hallarda tətbiq edilirdi.

Избранный
29
cebheinfo.az

1Источники