Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlər, Suriya böhranına baxmayaraq, həmişəki kimi inkişaf edir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“İkitərəfli əlaqələr kəsilmir, bildiyiniz kimi, Türkiyə ilə bütün məsələlərdə dialoq aparırıq” deyən Qruşko Sergey Lavrovun bu yaxınlarda Dohada türkiyəli vəzifədaşı ilə görüşdüyünü xatırladıb:
"Öz gündəmimiz var, o cümlədən Türkiyə ilə bütün regional problemləri müzakirə etməyə davam edəcəyik".
Telegram kanalımız