RU

"Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin töhfəsi böyükdür" - İlqar Ağasiyev

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlqar Ağasiyev QHT.az-a verdiyi özəl açıqlamada, İnstitutun insan hüquqlarının müdafiəsi, gender bərabərliyi və cəmiyyətin mənəvi dəyərlərinin təbliği istiqamətində gördüyü işlər barədə məlumat verib:

"Hüquq və İnsan Haqları İnstitutu mütəmadi olaraq ölkədə nifrət nitqi, ayrı-seçkilik, fərdi məlumatların icazəsiz açıqlanması, dövlət sirrinin pozulması və digər hallarla əlaqəli cari vəziyyətin müəyyən edilməsi ilə bağlı mediada yayılan xəbərlərin və məlumatların monitorinqini aparır.  Bununla yanaşı, İnstitut dövri mətbuatda paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin zəruriliyini önə çəkmək, həmçinin jurnalistləri bu məsələdə daha da həssas olmağa təşviq etmək məqsədilə media mənsublarına maarifləndirici təlimlər keçirir. Bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə birgə aparılan əməkdaşlığı xüsusilə vurğulamaq istərdim.

Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində jurnalistlərin töhfəsi böyükdür və onlarla sıx əməkdaşlıq münasibətlərindən hər zaman məmnunuq".

 

Pərvanə Fərhadqızı

Избранный
27
qht.az

1Источники