Avropa İttifaqı (Aİ) Şurası yanvarın 1-də Bolqarıstan və Rumıniyanın Şengen sazişinə qoşulmasını təsdiqləyib.
Bu barədə şuranın saytında dərc olunmuş məlumatda deyilir.
“Aİ-yə üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslərin yoxlanmasını ləğv etmək qərarına gəliblər”, - press-relizdə deyilir.
Bəyanatda həmçinin Macarıstanın daxili işlər naziri Şandor Pinterin qərarı tarixi bir məqam adlandırdığı və həmçinin 2024-cü ilin sonuna qədər davam edəcək Aİ Şurasına sədrliyi dövründə yoxlamaların ləğvinin Macarıstanın əsas prioritetlərindən biri olduğu qeyd edilib.