Co Bayden həbsxanadan ev dustaqlığına buraxılan təxminən 1500 nəfərin cəzasını yüngülləşdirib.
Turkustan.az xəbər verir ki,zorakı olmayan cinayətlərə görə həbs edilən 39 ABŞ vətəndaşı əfv edilib.
ABŞ KİV-in məlumatına görə, Bayden azadlığa çıxdıqdan sonra ən azı bir il ev dustaqlığı çəkən insanları da əfv etmək qərarına gəlib.
Amnistiya qərarı ilə Bayden, COVID-19 epidemiyası zamanı həbsdən azad edilən və ev dustaqlığına buraxılan təxminən 1500 nəfərin cəzasını yüngülləşdirdi və zorakılığa əsaslanmayan cinayətlərə görə məhkum edilmiş 39 amerikalını əfv etdi.
Aytən Yaşar/ Turkustan.az