RU

Dövlət və özəl sektorda işləyənlərin sayı açıqlandı


Bu ilin noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 773,3 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 881,7 min nəfəri dövlət, 891,6 min nəfəri isə özəl sektorda işləyib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda muzdla çalışan işçilərin ümumi sayı 43,9 min (2,5%) nəfər artıb.
Son bir ildə dövlət sektorunda işləyənlərin sayı 15,2 min nəfər (1,7%) azalıb, özəl sektorda işləyənlərin sayı isə 59,1 min nəfər (7,1%) artıb.

Murad Məmmədov
Избранный
11
1
yeniavaz.com

2Источники