RU

Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib

Beynəlxalq Boks Assosiasiyasının (İBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.

Apasport.az xəbər verir ki, amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.

Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımi təlimatlar verilib.

Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.

Mayk Tayson Ceyk Pol döyüşündə qalib bəlli oldu

UFC çempionu Taysonun rəqibini təhqir etdi

Çempionun medalı əlindən alınır? - TİBBİ NƏTİCƏLƏR AÇIQLANDI

Boksçumuzdan gümüş medal

Boksçumuz gümüş medal qazanıb

Избранный
21
4
apasport.az

8Источники