ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiyaya Amerika istehsalı olan raketlər atdığına görə tənqid edib. Yeniavaz.com xəbər verir ki, bu barədə o “Time” jurnalına müsahibəsində deyib. “Mən qətiyyən razı deyiləm. Niyə biz bunu edirik? Biz sadəcə olaraq bu münaqişəni gücləndiririk”, - Tramp deyib. Siyasətçinin fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynadakı münaqişədən daha asan problemdir. Tramp həmçinin Baydenin ATACMS raketlərini Rusiya Federasiyasının dərinliklərinə endirmək qərarını təhlükəli və axmaq adlandırıb: