"Unibank Kommersiya Bankı" ASC istiqraz buraxılışı yolu ilə fond bazarından 15 milyon ABŞ dolları cəlb edir.
“APA-Economics” xəbər verir ki, "Unibank KB" hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 15 min ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqraz emissiya edir.
Qeyd edək ki, istiqrazların tədavül müddəti 6 il, illik faiz dərəcəsi 8%-dir. Birinci buraxılış üzrə ödənilməli olan faizlər hər 90 gündən bir ödəniləcək.
Bildirilib ki, istiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcək.