Türkmənistanda yuxarı sinif şagirdlərinə və tələbələrə Yeni il təmtəraqlı şənliklər keçirməklə qeyd etmək yasaqlanıb. Uşaq bağçalarında və məktəblərdə də Yeni il şənlikləri keçirilməyəcək.
"AzPolitika" "Azadlıq" radiosunun türkmən xidmətinə istinadla xəbər verir ki,tələbələrə Yeni il axşamı kafelərdə, yaxud evlərdə təmtərqalı şənliklər təşkil etməmək, şəhərdə kütləvi gəzintilərə qatılmamaq barədə xəbərdarlıq edilib. Yasağı pozanlar təhsil aldığı universitetdən qovula bilər.
Şagirdlərə isə bu barədə hələ noyabrda xəbərdarlıq edilib. Bu yasaq barədə bilgi verən müəllimlər Təhsil Nazirliyinin bir sərəncamını əsas gətirir.
Qeyd edək ki, keçən il dövlət müəssislərinə Yeni il ağacını quraşdırmaq, məktəb və uşaq bağçasında Yeni il tədbirləri keçirmək yasaqlanmışdı. Yeni il bayramı ilə bağlı məhdudiyyətlər Sərdar Berdiməhəmmədov prezident olandan bəri tətbiq olunmağa başlanıb.
"AzPolitika.info"