RU

Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistandan bundan artığını gözləyə bilməzdik- ÖZƏL

"Bu gün Ermənistan Hindistan və Fransa tərəfindən silahlandırılır. Hətta Yunanıstan da son dövrlər Ermənistana S300 zenit raket komplekslərini satmaq qərarına gəlmişdir. Fransa, Hindistan və Yunanıstanın Ermənistana silah satması Ermənistanın sülhə hazır olmamasını göstərir". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistandan bundan artığını gözləyə bilməzdik. Belə bir dövlətin fərqli yöndə siyasəti düşünülə bilməz. Digər tərəfdən dünya Ermənistanın belə sürətlə silahlanmasına səssiz qalmamalıdır. Ermənistanın silahlanması müəyyən parametr  içində olmalıdır. Çünki Ermənistan təcavüzkar dövlətdir və bu dövlətin sabah başqa-başqa ölkələrə müharinə elan etmək ehtimalı var. Bu gün Azərbaycana qarşı Ermənistanın edə biləcəyi heç nə yoxdur. Biz bütün parametrlər üzrə onu üstələyirik. Məsələ onun təcavüzkar dövlət olmasıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники