RU

Dövlət Komitəsində Heydər Əliyevin xatirəsi anıldı – Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

“Apress.az” xəbər verir ki, əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstəsi qoyulub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin Azərbaycanın uğurlarının əsası olduğunu və bu xəttin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini bildirib. Dövlət başçısının tapşırıqları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və diaspor quruculuğu” filmi nümayiş olunub.

Sonda Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, pianoçu, bəstəkar Vüsal Aydəmirovun Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “İthaf” adlı videoçarx göstərilib.

DİDK-nın kollektivi, eləcə də diaspor fəalları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub.

 







Избранный
10
9
apress.az

10Источники