RU

Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təcili tibbi yardım avtomobili ilə bir neçə gün bundan əvvəl Astaradan Lənkərana gətirilən xəstə ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini, 1956-cı il təvəllüdlü A.Əhmədova insult keçirməsi səbəbindən Astaradan Lənkərana gətirilirmiş.
Onu aparan təcili tibbi yardım avtomobili köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü N.Şərifzadənin idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində təcili yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları, 1977-ci il təvəllüdlü E.Əhmədova və 1988-ci il təvəllüdlü S.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. A.Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. O bu gün dünyasını dəyişib.
Qeyd edək ki, "Hyundai Tucson"un sürücüsü N.Şərifzadə Lənkəran Rayon Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşıdır.
Избранный
18
50
oxu.az

10Источники