RU

Cinayətkarınbərbərinin dəhəbs olunması istənildi

Sosial şəbəkələrdə insanlar britaniyalı cinayətkarı saç düzümünə görə lağa qoyub.

Demokrat.az
xəbər verir ki, insanlar onunla bərabər bərbərinin də həbs olunmasını tələb ediblər.

Sanderlend polisi 26 yaşlı Bredli Finn adlı gəncin axtarışına başlayıb. Lakin ictimaiyyətin diqqətini onun cinayətkar fəaliyyəti deyil, polis əməkdaşlarının çəkdiyi fotoşəkildəki görünüşü cəlb edib.

İnsanlar zarafatla deyirlər ki, britaniyalıya belə saç düzümü verən bərbər də həbs olunmalıdır.

Finn təhlükəli maşın sürməkdə və hücumda şübhəli bilinir.

Hüquq-mühafizə orqanları cinayətkarın bu cür populyarlığının diqqəti cəlb edəcəyinə və onun həbsinə töhfə verəcəyinə ümid edirlər.


Əfsanə Kamal
Demokrat.az

Избранный
15
demokrat.az

1Источники