"Arsenal"ın vingeri Bukayo Saka UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat təqdim olunub.
Saka Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Monako” ilə oyunda (3:0) dubl edib və məhsuldar ötürmə edib. Həftənin ən yaxşı oyunçusu adına nominasiyada o, “Slovan”a qarşı oyunda iki qol vuran “Atletiko”nun hücumçusu Antuan Qrizmann, “Bayern Münhen”in cinah oyunçusu Mixael Olise ("Şaxtyor"la matçda dubl və məhsuldar müəllifi olub), həmçinin PSV ilə qarşıdurmada qapısını təmiz saxlayan "Brest"in qapıçısı Marko Bizot kimi rəqiblərini qabaqlayıb.
Saka bu mövsüm Çempionlar Liqasında 5 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.