RU

Rusiya Suriyanın yeni rəsmiləri ilə əlaqə yaradıb

Rusiya hazırda Dəməşqdə fəaliyyət göstərən “Həyat Təhrir əş-Şam” qruplaşmasının siyasi komitəsi ilə əlaqə saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, Rusiya səfirliyinin üzvləri Suriya paytaxtının otellərindən birində qruplaşmanın nümayəndələri ilə görüşüblər. Tərəflər hazırda Suriyada olan Rusiya diplomatik missiyasının və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Boqdanov qeyd edib ki, “təmaslar konstruktiv istiqamətdə irəliləyir”.

Xarici işlər nazirinin müavini Suriyanın yeni hakimiyyət orqanlarının Rusiya vətəndaşlarının təhlükəsizliyi ilə bağlı bütün vədlərini yerinə yetirəcəyinə ümid etdiyini bildirib.

Избранный
28
42
operativmm.az

10Источники