RU

Ölən şəxsin kreditini kim ödəyəcək? AÇIQLAMA

Ölən şəxsin krediti ilə bağlı proseslər ölkədən-ölkəyə dəyişir.

Bəs Azərbaycanda ölən şəxsin kreditini kim ödəməlidir?

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, vərəsə vəfat edən şəxsin hüquqlarını qəbul edirsə, vəzifələrini də qəbul edir.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə keçir. Miras qoyan vəsiyyətnamə qoymasa, qanun üzrə vərəsəlik qüvvədə olmur”.

“Məsələn, vəfat edən şəxsin 1 övladı var. Vəfat edən sağ ikən hansısa bankdan 5000 AZN kredit götürmüş, 2000 AZN kredit ödənişi etdikdən sonra rəhmətə getmişdir. O, sağ ikən bir avtomobil və bir ev almışdır. Onun övladı əgər atasından qalan həmin əmlakları qəbul edirsə, bu, o deməkdir ki, atasından qalan 3000 AZN borcu da qəbul edib. Bankın hüququ var ki, qalan kredit borcunu övladdan tələb etsin. Yox, əgər övlad atasından qalan miras əmlakdan imtina edirsə, bankın övladdan nəsə tələb etmək hüququ yoxdur”.

Fatimə Məmmədova

Избранный
34
infoaz.ws

1Источники