RU

Santuş çayını içdi, siqaretini çəkdi, tez çıxıb getdi - FOTOLAR 

Millinin baş məşqçisi Fernandu Santuş hazırda Bakıdadır.

Portuqaliyalı ölkəsindən geri qayıdandan bəri yerli liqaların oyunlarını izləməyə başlayıb.

70 yaşlı mütəxəssis bu dəfə Premyer Liqaya yox, I Liqaya maraq göstərib.

O, 9-cu turun "Baku Sportinq" - "Difai" matçına (0:2) canlı baxmaq üçün Buzovna stadionuna üz tutub.

Özü də tək yox. AFFA-nın nümayəndəsi və iki köməkçisi ilə bərabər. Həmçinin millinin idman direktoru İlqar Qurbanov da Bakıətrafı qəsəbəyə təşrif buyurub.

Santuş burada diqqətdən kənarda qalmayıb. Ev sahibləri mötəbər qonaqlar üçün çay dəstgahı təşkil eləyib.

O isə “Difai”nin ikinci qolundan71-ci dəqiqədən sonra burada qalmağa lüzum görməyib. Sabiq “Beşiktaş”lı siqaretini tüsdülədə-tüsdülədə xidməti avtomobilinə tərəf irəliləyib.

SPORTİNFO.AZ

Избранный
46
sportinfo.az

1Источники