RU

Fidanın Dəməşqdə olması iddiası rədd edildi

Türkiyənin Xarici İşlər Nazirliyi Hakan Fidanın Dəməşqdə olması iddiasını rədd edib. Metbuat.az xəbər verir ki, mediada yayılmış iddiaların əsassız olduğu qeyd edilib. Qeyd edək ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dəməşqə gedib. Suriyanın müvəqqəti hökumət rəsmiləri ilə görüşən Kalın, 1310 illik Əməvi məscidində namaz qılıb. Kalın müvəqqəti hökumətlə görüşüb. O, həmçinin keçid hökumətinin baş naziri Məhəmməd Əl Bəşir və Suriya müxalifətinin lideri Qolani ilə görüşəcək.

Xatırladaq ki, İbrahim Kalının Dəməşqdəki tarixi Əməvi məscidinə gedərkən görüntüləri sosial mediada paylaşılıb. Səfərlə bağlı Suriya İnformasiya Nazirliyinin X hesabında dərc olunan paylaşımında, "Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat İdarəsinin direktoru İbrahim Kalın və Qətər Dövlət Təhlükəsizlik İdarəsinin rəisi Xəlfan Əl-Kaabi də daxil olmaqla Türkiyə-Qətər nümayəndə heyətinin məsləhət qrupu Dəməşqə gəlib” - deyə qeyd edilmişdi.

Избранный
22
12
metbuat.az

10Источники