RU

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobillər veriləcək.

Avtosfer.az-ın “İqtisadiyyat.az”a istinadən məlumatına görə, qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxs avtomobillə təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi avtomobillərin satın alınması ilə bağlı “Azərmaş Park” şirkəti ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, qurum 39 minik avtomobilinin satın alınması ilə əlaqədar olaraq şirkətə 682 500 manat ödəyib.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.

Избранный
33
24
avtosfer.az

10Источники