RU

Suriya pulunu türk lirəsi əvəzləyir

Suriyada “Baas” rejiminin devrilməsindən sonra ölkə valyutası olan funt rekord dərəcədə dəyərdən düşüb.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu müvəqqəti hökumətin başçısı Məhəmməd əl-Bəşir İtaliyanın “Corriere della Serra” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə hazırda Suriya funtu heç dəyərindədir. Məhəmməd əl-Bəşir müvəqqəti hökuməti Əsəd rejimindən qalma dırnaqarası miras kimi təqdim edib. Bildirib ki, bazarda valyuta böhranı yaşandığı zamanda müvəqqəti hökumət azad bazar sisteminə keçid planları hazırlayır. Məlumata görə, Suriya valyutasının böyük dəyər itirməsindən sonra Türkiyə lirəsi və dollara sürətli keçid prosesi başlayıb. Xarici KİV-ə müsahibə verən suriyalıların sözlərinə görə, onlar ölkə ərazisində gündəlik ödənişlərini türk lirəsi ilə həyata keçirirlər. Məlumat üçün deyək ki, Bəşər Əsəd iyunun 20-də ölkədə Suriya funtundan başqa bütün valyutaları qadağan edən qanunu təsdiqləmişdi. Bu qanuna görə, Suriya vətəndaşları istənilən məhsul və ya xidmət üçün yalnız Suriya funtundan istifadə etməli idilər.

Qadağaya əməl etməyən şəxslər isə həbs edilmişdilər.

Избранный
10
3
manset.az

5Источники