ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfərə gəlib.
Azpost.info AFR-a istinadən bildirir ki, cümə axşamı Ankaraya endikdən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün yola düşüb.
Blinken dərhal Ankaranın Esenboğa hava limanındakı “VIP salonunda” Ərdoğanla danışıqlara gedib. Dövlət katibi Suriya prezidenti Bəşər Əsədin devrilməsinin nəticələrini müzakirə etmək üçün regional tura başladığı İordaniyanın Qırmızı dəniz sahilindəki Aqaba kurortundan Ankaraya uçub.