RU

Bayden Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

Bayden Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib.“Prezident Ukraynaya təhlükəsizliklə bağlı yeni yardım paketini təsdiqləyib” - deyən Kirbi qeyd edib ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, İHA-lar, artilleriya və zirehli texnika daxil olacaq.Ağ Evin sözçüsü əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Избранный
39
34
afn.az

10Источники