Avropa İttifaqı (Aİ) ölkələrinin ədliyyə və daxili işlər nazirləri ittifaqın gələcək 5 il üçün azadlıq, təhlükəsizlik və ədalət siyasətini formalaşdıracaq strateji prinsiplər barədə qərar qəbul ediblər.Aİ ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra qəbul edilən bəyannamədə Şengen zonasında sərbəst hərəkətin təmin edilməsi və Aİ vətəndaşlarının təhlükəsizliyinin qorunması birliyin prioritetləri sırasında yer alıb.Bəyannamədə bəzi üzv dövlətlər tərəfindən yenidən tətbiq edilən daxili sərhəd nəzarətinin son çarə kimi istifadə edilən müvəqqəti tədbir olduğu və yaxşı işləyən Şengen zonasının Aİ vətəndaşlarının azadlığının və təhlükəsizliyinin əsasını təşkil etdiyi ifadə edilib.Üzv dövlətlər arasında xarici sərhəd nəzarəti, təhlükəsizlik və miqrasiya ilə bağlı əməkdaşlığın zəruriliyinə diqqət çəkən bəyannamədə vurğulanır ki, üzv dövlətlər qaçaqmalçılar və ya düşmən xarici aktorlar deyil, Avropaya kimin daxil olacağını müəyyənləşdirməlidirlər.Bəyannamədə miqrasiya və təhlükəsizlik siyasətləri üçün müəyyən edilmiş digər prioritetlər arasında Aİ-nin viza siyasətindən strateji istifadə və viza rejimindən sui-istifadənin qarşısının alınması, təhlükəsizlik və sərhədlərin idarə edilməsi sahələrində üçüncü ölkələrlə hərtərəfli tərəfdaşlığın inkişafı və mütəşəkkil cinayət və cinayətkar qrupların maliyyə resurslarının hədəf alınmasına qarşı mübarizənin artırılması daxildir.Bəyannamədə ədliyyə siyasətini formalaşdıracaq prioritetlərə də toxunulub və bunlar qanunların səmərəli icrasını təmin etmək üçün məlumatların əldə edilməsi və Aİ cinayət və mülki qanunvericiliyinin nəzərdən keçirilməsi ilə bağlı yüksək səviyyəli qrupun tövsiyələrinin həyata keçirilməsi kimi sadalanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта