Ankara, 13 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkeni Ankarada qəbul edib.
AZƏRTAC xəbər verir ki, Amerika diplomatiyasının rəhbərinin danışıqlarının gündəliyinə Suriya da daxil olmaqla Yaxın Şərqdəki vəziyyət daxildir.
Türkiyə liderinin ABŞ Dövlət katibi ilə paytaxtın Esenboğa hava limanının ərazisində keçirilən görüşündə xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər iştirak ediblər.
Dekabrın 13-də Türkiyə və ABŞ-ın xarici işlər başçıları görüşəcək.
Ramin Abdullayev
AZƏRTAC -ın müxbiri
Ankara