"Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim".
Sportinfo.az xəbər verir ki, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
“35 dəqiqə ərzində əla oyun göstərdik. Hücumda yüksək temp saxlayıb, yaxşı müdafiə olunurduq.
Ancaq son 5 dəqiqədə zəif çıxış etdik. Həmin vaxt oyunçularım meydanda nə etdiklərini bilmirdilər.
Bütün bunlara baxmayaraq, komandamı təbrik edirəm".
"Ordu" - "Sumqayıt" qarşılaşması birincilərin 115:81 hesablı qələbəsi ilə yekunlaşıb.