RU

Moldova müxalifəti hökuməti istefaya göndərə bilməyib

Moldova müxalifətinin hökumətə etimadsızlıq səsverməsi təklifi kifayət qədər səs toplamayıb...

Poliqon xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrossu məlumat verib. Spiker bildirib ki, 18 deputat Dorin Recean hökumətinin istefaya göndərilməsi təşəbbüsünün lehinə, minimum 51 deputat səs verib.

Parlamentin iclası 12 saatdan artıq davam etsə də, müxalifətin cəhdi uğursuzluqla nəticələnib. Recan müxalifəti “vətənə xəyanətdə” ittiham edərək, onun respublikada sabitliyi pozmağa çalışdığını bildirib.

Qeyd edək ki, bundan əvvəl dekabrın 6-da müxalif Kommunistlər və Sosialistlər Bloku davam edən enerji böhranı səbəbindən hökumətə etimadsızlıq səsverməsi keçirib. Müxalifət deputatları hesab edir ki, Moldovada yaranan problemlər hakimiyyətin enerji təhlükəsizliyini təmin etmək strategiyasının olmaması ilə bağlıdır.

Moldova parlamenti bir gün əvvəl enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib. Xüsusi rejim dekabrın 16-dan iki ay müddətinə qüvvədə olacaq və bu müddətin uzadılması mümkündür.

Poliqon.info

Избранный
30
1
poliqon.info

2Источники