RU

Ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq ƏMƏLİYYATLARI

“Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları üzrə və onların ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖSO-4 – Əlavə №31) hesabat dövrü ərzində operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları üzrə və onlara məxsus ödəniş xidməti şəbəkəsində operator tərəfindən xidmət olunmayan təşkilatların emissiya etdiyi ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə göstəricilər əks etdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasının “Operatorun xidmət göstərdiyi iştirakçıların ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları üzrə” hissəsində hesabat dövrü ərzində ölkədaxili və ölkə xaricində baş vermiş fırıldaqçılıq halları üzrə ödəniş kartlarının sayı, əməliyyatların sayı və həcmi, o cümlədən iştirakçıların özlərinə məxsus ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatlarının sayı və həcmi qeyd olunur.

 

Избранный
20
heftelik.az

1Источники