RU

Almaniya höküməti sakinləri işıqların kəsilməsinə və ərzaq tədarükünə hazırlıq görməyə çağırıb

Bakı, TurkicWorld

Almaniyanın İctimai Mühafizə və Fəlakətlərin İdarə Edilməsi üzrə Federal İdarəsi sakinləri işıqların kəsilməsinə hazır olmağa və ərzaq tədarük etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə "t-online" xəbər portalına idarənin vitse-prezidenti Rene Funk bildirib.

Funk, vətəndaşlara müraciət edərək, "Fövqəladə hallara hazır olun. Xaricdən kritik infrastruktura hibrid hücumların sayı artır. Biz özümüzü təkcə hərbi cəhətdən deyil, həm də mülki müdafiə və fəlakətlərdən mühafizə sahələrində qorumağı bacarmalıyıq. Hər bir alman ailəsi üç gün özünü qidalandırmaq üçün lazım olan hər şeyə sahib olmalıdır", - deyə qeyd edib.

Избранный
20
16
turkic.world

10Источники