RU

Müəllimlərə şokolad vermə TRENDİ: "Onlar arasında qısqanclıq və narahatlıq yarada bilər"

Son günlərin “trend”inə çevrilən “sevdiyin müəllimə şokolad hədiyyə et” əvvəl-əvvəl xoş qarşılansa da, sonra bir çoxlarının qınaq obyekti oldu.

 

Bu mövzuda AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimlərdən birinə sevgi adı altında şokolad verib, digərlərinə verilməməsi istər-istəməz düşmənçilik hissi formalaşdıra bilər:

 

“Bu cür təşəbbüslərin tədris ərəfəsində deyil, tənəffüslərdə edilməsi daha yaxşı olardı. Çünki tədris müddətində dərs keçilməlidir. Trendlər olunduqda onların çəkilib paylaşılması cəmiyyətdə xoş qarşılanmaya bilər. Sosial medyadan da görürük ki, müəllimə şokolad hədiyyə etmək heç də xoş qarşılanmır, xüsusən də müəllimlər tərəfindən.  Çünki şagird hədiyyəni öz sinif rəhbərinə deyil də, başqa fənn müəllimə verdikcə, istər-istəməz sinif rəhbərində qısqanclıq, narahatlıq  hissi formalaşacaq. Ona görə də bu trendə qoşuluruqsa, bütün müəllimlərə hədiyyə vermək lazımdır. 1-2 manatlıq şokolad alıb, vermək rüşvət olmur. Üstəlik maddi dəyəri də yüksək deyil ki, bütün müəllimlərə almaq mümkün olmasın. 1 manatdan hesablasaq, 10 müəllimə 10 manat düşür. Hər ay bir müəllimə 1 manatlıq şokolad almaq mümkündür. Trendə bütün müəllimlərin cəlb olunması daha yaxşıdır. “Filan müəllimi çox istəyirik, digərini yox, ona görə də sevmədiyimiz müəllimlərə şokolad vermirik”, doğru yanşma deyil, ayrı-seçkilikdir. Ən böyük problem 1 müəllimə şokolad verib, 10 müəllimə verməməkdir.       

 

Bu ananın doğum gününü təmtərahla qeyd edib, atanın doğum gününü keçirməməyə bənzəyir. Burada ata necə pis olursa, məktəbdə də müəllimlər eyni şəkildə istər-istəməz narahatlıq keçirərələr.

 

Maraqlıdır ki, əgər şokolad vermək ürəkdən gəlirsə, bunu niyə kamerayla çəkib, sosial şəbəkələrdə paylaşırıq? İçimizdən gələn sevgidirsə, sinifdə çəkək, qurtarsın, getsin. Bir şagird bilsin, bir də müəllim. Bütün müəllimlərə eyni təşəbbüs edilmirsə, bunun video şəklində çəkilib, paylaşılması doğru deyil. “Videoya çəkək”, “sosial medyada paylaşaq”, “like yığaq”, “rəy yığaq”, “hesabımızı trendə qoşaq” “baxın biz filan müəllimə belə etdik”,- kimi fikirlər səmimiyyətdən yox, göstərişdən xəbər verir.

 

Hədiyyə veriləndə konkret olaraq tyutora, sinif rəhbərinə edilsə, bu zaman digərləri də inciməz. Amma “Sevdiyimiz tək müəllim budur” adı altında müəllimə şokoladın verilməsi problemdir. İnsanın içində istər-istəməz düşmənçilik hissi formalaşa bilər. Düşmənçilik isə tədris prosesinə təsir edir. Müəllim şagirdə, yaxud tələbəyə qiymət yazarkən bunları yazacağı qiymətlə uyğunlaşdırarsa, o zaman həqiqətən də ciddi fəsadlar ortaya çıxa bilər. Təhsil prosesinə bu gedişatın təsir etməməsini təmin etməyə çalışmalıyıq”,- deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Избранный
11
azedu.az

1Источники