RU

Rusiya Suriya müxalifəti ilə danışıqlara başlayıb

Rusiya

Rusiya Suriyada qurulan yeni hökumətlə ilk dəfə əlaqə saxlayıb. Oteldə keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub. Terrorizmi bəhanə edən Rusiya bazalarda qalmaq niyyətini ortaya qoyub.

Reyting.az
-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov deyib: “Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub. Diplomatik missiyanın nümayəndələri ilə görüşürlər. Səfirliyimiz də onlarla görüşüb”.

Bu danışıqların ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov əlavə edib ki, təmaslar müsbət istiqamətdə irəliləyir və verilən vədlərin yerinə yetiriləcəyinə ümidlər var.

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə toxunan Boqdanov qeyd edib ki, bazalar Suriya ərazisində qalır: “Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz terrorçulara və İŞİD-ə qarşı mübarizə aparmaq olub”.

Boqdanov Rusiyanın Latakiya vilayətindəki Hmeymim aviabazasının terrorla mübarizədə mühüm rol oynadığını bildirib və bu bazanın strateji əhəmiyyətini vurğulayıb.

Y. QACAR
Избранный
28
1
reyting.az

7Источники