RU

Min illik plan açıqlandı: Yaxış Şərq layihəsi belə işləyirmiş – İlginc faktlar

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Teleqraf.com-un suallarını cavablandırıb:

Onunla müsahibəni təqdim edirik:

- Suriyada rejim dəyişikliyi baş verdi. Ölkə hələ tam toparlanmasa da müəyyən müsbət işartılar var. Bu hadisələrin digər regionlara təsiri haqqında nə demək olar?

- Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra bölgədə proseslər fərqli istiqamətdə cərəyan etməyə başlayıb. Sözsüz ki, bu hadisələr digər bölgələr kimi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Amma gələcəyi görən siyasətçilər və dövlət başçıları vəziyyəti dəyərləndirib öz xalqlarının, millətlərinin xeyrinə bundan istifadə edə bilərlər. Faktiki olaraq bölgədə min ildir ki, davam edən bir prosesin başa çatmadığı müşahidə edilir.

- Uzun müddət “ərəb baharı”, “Yaxın Şərq layihəsi” kimi planlardan bəhs edilirdi. Baş verənləri bu xronologiyanın tərkib hissəsi hesab etmək nə dərəcədə məntiqlidir?

- Əslində Əfqanıstan, İraq, Suriyada baş verən hadisələr burada terror təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dini və etnik qarşıdurmaların artması ABŞ-nin ortaya atdığı “Yaxın Şərq layihəsinin” addım-addım həyata keçirilməsidir. Eyni zamanda burada İslam düşmənçiliyi də var. İsrailin atdığı addımlar, Avropa və Rusiyanın bu ölkələrdən yararlanmaq istəyi min il öncə bölgədə başlamış səlib yürüşünün hələ də bitmədiyini göstərir. İslam, türk düşmənçiliyi hələ də qalmaqdadır.

- Bölgə ilə bağlı ilkin plan nədən ibarət idi?

- Məqsəd bölgədəki dövlətləri bölüb, parçalayıb xırda knyazlıqlar yaratmaqdır. Dünyanın böyük güclərinin əsas arzusu məhz budur. Fransa, ABŞ-nin atdığı addımlar bu yolun davam etdiyini göstərir. Suriyada baş verənlər eyni ssenarinin tərkib hissəsidir. Həmçinin bu ölkədə öz millətini zülm altında saxlayan dövlət başçısı sonunu əvvəlcədən görməli idi. Həbsxanalardan azad edilənlərin sayı və digər amillər, insanlığa sığmayan əməllər gec-tez üzə çıxacaqdı. Bu hərəkətləri edən ölkə başçısı bilməliydi ki, bıçaq sümüyə dayananda xalq fil kimi hər şeyi ayağının altına ata bilir. Bunu isə Rusiyaya qaçıb sığınan Bəşər Əsəd bilmədi.

- Suriyanın gələcəyi ilə bağlı proqnozlar necədir?

- Proseslərin gələcəyi Suriyada hakimiyyəti ələ alan müxalif qüvvələrin və daxili güclərin nə qədər tez bir-biri ilə dil tapa biləcəyindən asılıdır. Çünki onların davranışları dövlətinin taleyini həll edir. Ölkələrinin taleyini qumara qoymamağı bacarmalıdırlar.

- Türkiyənin Suriyada baş verənlərə yanaşması necədir?

- İrandan fərqli olaraq Türkiyə Suriya ilə sərhəd bütövlüyünü tanıyır. Rəsmi Ankara bu gün Suriya dövlətinin parçalanmasına qarşıdır. Türkiyə Suriyanın bütöv bir dövlət kimi yaşamasını istəyir. Arzu edilən də odur ki, bu ölkə bütöv şəkildə qala bilsin. Çünki burada parçalanmanın olması əvəzində bir neçə dövlətin yaranması qonşu ölkələrə yaxşı heç nə vəd etmir.

- Parçalanmış Suriyanın taleyi qonşu ölkələr üçün nə kimi təhdidlər yarada bilər?

- Bu sözsüz ki, qonşu ölkələrə təhlükə yaradır. Burada Türkiyənin taleyi daha çox düşündürücüdür. Ona görə də, Suriyanın torpaq bütünlüyü, ərazisinin qorunması, dövlətin yenidən toparlanması önəmlidir. Bu, ən azı Amerikanın “Yaxın Şərq planı”nın pozulması üçün lazımdır. Çünki bu bölgədə yaşayanlar talelərini özləri həll etməlidir. Suriya qədim bir dövlətdir. Onun üzərində belə bir oyunun baş verməsi nəticədə İrana, Türkiyəyə də təsir edəcək. İranda olan xalqımızın taleyi bizi düşündürürsə, millətin ziyanına, onların qırğına verilməsi hesabına nələrinsə olması arzu olunmur. İstək odur ki, millət addım-addım öz haqqını müdafiə etsin və ona çatsın.

- Bölgədə olan dağıdıcı güclərin Suriyanı parçalamaqda əsas planları nədən ibarətdir?

- Suriyanın şimalından dəhliz açıb Aralıq dənizinə çıxmaq istəyən terrorçuların niyyəti baş tutmadı. Onlar ərazidən çıxarıldı. Eyni zamanda Rusiya Suriyanın Tarsus şəhərindən çıxdı, Rusiya gəmilərini belə limanlardan çəkib apardı. Hazırda İsrailin Suriyanın cənubundan təhdidləri qalıb. Qolan təpələri İsrail tərəfindən götürülüb. Ona görə də, bütün bu təhdidlərə qarşı Suriya dövlətinin toparlanması lazımdır.

Избранный
17
1
turkustan.az

2Источники